!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diaspora təşkilatlarımız Putinə müraciət etdi

!Reklam – Yazi

Processed with MOLDIV

Rusiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi Yerevanın mərkəzində Ndje Qareginə abidə qoyulmasında etiraz olaraq Rusiya Federasiyasının prezidenti Vladimir Putinə, Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskiyə, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Genadiy Zyuqanova, Rusiya Veteranlar Şurası Təşkilatına, “Rusiya zabitləri” Ümumrusiya ictimai təşkilatına məktub göndəriblər.

Məktubda abidənin açılış mərasimində Ermənistan rəhbərliyinin iştirakı, Ermənistan hökümətinin faşizm ideologiyasını açıq-aşkar təbliğ etməsi qınanılıb. Həmçinin, BMT-nin nasizimin qərhərmanlaşdırılmasına qarşı mübarizə ilə bağlı qəbul etdiyi qətnamə xatırladılıb və bildirilib ki, 1948-ci ildə hərbi cinayətkar kimi 25 illik həbs cəzasına məhkum edilən və 1957-ci ildə Vladimir şəhərində ölən Njde hətta ölümündən sonra da bəraət ala bilməyib.

Müraciətdə dünya birliyinin faşizmin bütün təzahürlərini pislədiyi bir vaxtda Ermənistanın dünyaya açıq-aşkar meydan oxuduğu Rusiya rəhbərliyinin diqqətinə çatdırılıb.

“Biz Rusiya rəhbərliyindən, təşkilat və birliklərdən xahiş edirik ki, mövcud faktı qınasınlar və faşizmin davamçılarının bu hərəkətinə son qoymaq üçün tədbirlər görsünlər”-deyə məktubda qeyd olunub.

COP29

www.yenicag.az

804
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv