DİN: Cəlilabadda karantin qaydalarını pozanlar saxlanıldı

media-hightechnic-468x90

Sərtləşdirilmiş karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Xəbərdarlıqlara məhəl qoymayan, karantin rejiminin tələblərini pozan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq Cəlilabad şəhərinin girişində yaradılmış stasionar postda “Mercedes” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilsə də, o, bu əmrə tabe olmayaraq hərəkəti davam etdirib.

Şəhər ərazisində həmin avtomobil polis əməkdaşları tərəfindən saxlanıldığı zaman sürücü və həmin vaxt avtomobildə olan 3 nəfər sərnişin yenidən tabesizlik göstərməyə çalışsa da, saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətiriliblər.

Onların Biləsuvar sakinləri Y.Şahmarov, İ.Abdullazadə, F.Əlizadə və R.Quliyev olduqları, hər 4 şəxsin karantin rejiminin qaydalarını pozduğu müəyyən edilib.

Barələrində toplanmış materiallar rayon məhkəməsinə təqdim edilib və 2-si barədə inzibati həbs qərarı verilib, digərləri isə cərimə olunublar.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600