İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN-dən Yenicag.az-a verilən məlumatda bildirilib ki, sentyabrın 23-də İsmayıllı RPŞ-nın əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Anar Zeynalov saxlanılıb. Keçirilən tədbirlərin davamı olaraq onun rayonun Keşqurt kəndində yaşadığı evə də baxış keçirilib. Oradan çəkisi 4,240 kiloqram qurudulmuş marixuana, 4 ədəd narkotik tərkibli çətənə bitkisi və 12 ədəd ümumi təmiz çəkisi 3,430 kiloqram eyniadlı bitkinin hissələri aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq davam etdirilir.
www.yenicag.az