DİN: "Ötən gün Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb"

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyi (DİN) aprelin 29-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

media-banner_tkm

DİN-in mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 37 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 60 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05