!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dinə və hüquqa tüpürənlərin “Zombi yürüşü” - "Qoymayın, üstümüzə İrasim gəlir"...

!Reklam – Yazi

Qərbi Avropa ölkələrində məskunlaşan bəzi azərbaycanlı mühacir qrupların ölkəmizə qarşı davam etdirdikləri çirkin kampaniyada yeni istiqamətlər açılmaqdadır. Yeni ilin ilk həftələrindən başlayan və müəyyən dövlətlərin xüsusi xidmət orqanları tərəfindən əlaqələndirildiyi açıq görünən bu kampaniya bütün etik çərçivələri aşır.

Azərbaycan əleyhinə yaradılan və fasiləsiz fəaliyyət göstərən mərkəzlərin ard-arda hazırlayıb, icraya yönəltdikləri ən müxtəlif layihələrdə “baş rol”ların həvalə olunduğu azərbaycanlı mühacirlər bu işə elə ifrat həvəslə qoşulublar ki, sanki qarşılarında doğma Vətənləri yox, ən qatı düşmənləri dayanıb.
Çox təəssüf ki, haqqında danışılan qrupların üzdəniraq fəalları bu fəaliyyətlərində olduqca intuziast görünürlər. Öz dövlətinə və millətinə qarşı bu qədər kin-nifrətlə mübarizə aparmaq üçün insanın zombiləşməkdən başqa variantı yoxdur. İndi Azərbaycana əks-cəbhədə yerləşdirilən “soydaş”larımız da məhz proqramlaşdırılan zombi kimi davranmaqdadırlar.

Onların Azərbaycan əleyhinə başladıqları təbliğat savaşında önə çəkmədikləri motiv demək olar ki, qalmayıb. Təsəvvür edin: ictimai nifrəti üzərinə çəkən Orduxan Qərbdə “Azərbaycanda demokratiya yoxdur”- deyə, hayqırdığı anda ölkə müxalifətinin radikal qanadı olan Milli Şura “Məhsul” stadionunda mitinq keçirir.

“Ölkədə fikir plüralizmi yoxdur”- deyə, bağırırlar, ancaq sosial şəbəkələrdə bir saniyə belə dayanmayan fəaliyyətləri, telekanallarda müntəzəm təşkil olunan debat-diskussiyaları görməməzliyə vururlar. Təbii ki, görmə qabiliyyətlərini itirməyiblər – sadəcə, lazım gəldikdə, “kor” olmağı bacarırlar.

Bu və digər mövzularda ortaya atdıqları iftiraların quru palçıq effekti ilə özlərinə qayıtdığını gördükdə isə olmayan tərbiyələrini “nümayiş etdirməyə” başlayırlar. Əlbəttə, özünə, ailə üzvlərinə, doğmalarına, yaxın-uzaq çevrələrinə, bütövlükdə cəmiyyətə azacıq sayğısı olan heç kəs publik şəkildə (hətta istənilən şəraitdə) söyüş söyməz.

Adam özünü saxlaya bilməyib, jarqona əl atdıqda heç olmasa, ifadələrini seçər. Ancaq Orduxan, Vidadi İsgəndərli və digərləri üçün belə bir ölçü yoxdur. Ona görə də min kilometrlərlə uzaqda arxayın və özündənrazı tərzdə kamera qarşısına keçib, gözlərini qırpmadan söyüş söyə bilirlər.

Həmin məxluqların mahiyyətinə baxdıqda, təəccüblənməyə yer qalmır. Atalar demişkən, uman yerdən küsərlər. Vidadilər, orduxanlar kimdirlər ki, xalqın onlardan bir umacağı olsun.

Yuxarıda qeyd olunduğu kimi, mühacir qrupların Azərbaycan hakimiyyətinə yönəltdikləri “demokratiya yoxdur” ittihamı bumeranq effekti doğurur. Bu üzdən də mövzunu dəyişmək məcburiyyətində qalıblar. İndi də Azərbaycan hakimiyyətini, konkret olaraq, prezident İlham Əliyevi nə az, nə çox – “milli-mənəvi dəyərlərə sayğısızlıq”da günahlandırmaqla, uğursuz cəhd göstərirlər.

Bu ittihamların puç və əsassız olduğunu isbatlamaq bəlkə də artıqdır. Çünki Prezident İlham Əliyevin, birinci vitse-prezident Mehriban Əliyevanın və ailə üzvlərinin milli və dini-mənəvi dəyərlərə necə həssaslıqla yanaşdığını bütün ölkə görür və bilir.

Xatırladaq ki, dövlət başçısı hələ mərhum prezident Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmdə İslam aləminin müqəddəs məkanı sayılan Məkkəni, Kəbəni ziyarət edib. Eyni zamanda, özü prezident seçildikdən sonra da tək və ya ailə üzvləri ilə birlikdə daha bir neçə dəfə Məkkə ziyarətində olub. Necə həyasız olmalısan ki, belə bir insan barəsində bu cür hədyan söyləyəsən?

Bundan başqa, prezident İlham Əliyevin ölkədəki müqəddəs ziyarətgahların abadlaşdırılması istiqamətində atdığı addımları necə görməmək olar? Bu fəaliyyətin son nümunəsi olaraq, Gəncədəki “İmamzadə” ziyarətgah-kompleksinin inanılmaz dərəcədə abadlaşdırıldığını, ziyarətçilər üçün bütün rahatlığın yaradıldığını vurğulaya bilərik.

Kimsə bir nümunə göstərə bilməz ki, İlham Əliyevin hakimiyyəti dönəmində hansısa məscid, kilsə, sinaqoq və ya ziyarətgah qapadılıb. Belə bir fakt yoxdur. Əksinə, prezident 2017-ci ilin yayında abadlıq işləri adı altında “Hacı Cavad” məscidini icazəsiz sökdürən Yasamal rayon icra başçısı İbrahim Mehdiyevi vəzifəsindən qovmaqla, xalqın minillik inancının onun üçün nə qədər dəyərli olduğunu nümayiş etdirdi. Ancaq bu faktlar “böhtan maşını” üçün istinad olunmalı məqamlar deyil. Onlar olanı deyil, olmayanı car çəkmək üzrə ixtisaslaşıblar.

Yalan danışmaq dində günah, hüquqda isə məsuliyyət yaradır. Ancaq xaricdə oturub, Azərbaycana – öz dövlətinə, onun rəhbərinə çirkab püskürənlərdən ötrü nə din var, nə də hüquq…

Zombilər üçün nə fərq edər?

 

COP29

www.yenicag.az

2313
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv