Dini mərasim keçirmək istəyən şəxslər cərimələndi

Sabirabad rayonunda dini mərasim keçirmək istəyən şəxslər cərimələnib.

DİN Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, dünən gecə saat 22:30 radələrində Sabirabad rayonunun Cavad kəndində kənd sakini Böyükkişi Məmmədovun həyətinə 40-45 nəfər toplaşaraq xüsusi karantin rejiminin tələblərini pozmaqla dini mərasim keçirməyə cəhd ediblər.

Polis əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb və izahedici söhbətlərdən sonra onlar dağılışıb. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə onlardan 10 nəfəri cərimə olunub, 2 nəfər isə inzibati qaydada həbs edilib.