Dneprin baş məşqçisi: “Qarabağ” yaxşı formamadır”
Ukraynanın “Dnepr” komandasının baş məşqçisi Miron Markeviç www.tribuna.com saytında Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ” ilə “Dnepr” arasında matç barədə mülahizələrini bölüşüb.
Baş məşqçi qeyd edib ki, bu komanda əvvəlcə öz meydanında “Sent Etyen” ilə matçı heç-heçə başa vurub, hərçənd, oyunun gedişi “Qarabağ”ın udmalı olduğunu söyləməyə əsas verirdi. Sonra isə səfərdə, “İnter”in meydanında keçirdiyi görüşdə “Qarabağ” uduzdu, halbuki milanlıların üstünlüyü o qədər də böyük deyildi:
“Qarabağ” yaxşı komplektləşdirilib, komandanın heyətində braziliyalı futbolçular çoxdur. Onların iki müxtəlif heyəti var: biri ölkə çempionatında, digəri Avropa Liqasında çıxış edir. Bu turnirlərdə komandanın heyətlərində dəyişikliklər çox olur. İlkin raundda bu oyunçuların kifayət qədər güclü Hollandiya klubunda hazırlıq keçməsi komandanın yaxşı formada olmasına dəlalət edir. Ümid bəslədiyimiz futbolçuların hamısı sağ-salamat və oyuna hazır vəziyyətdədirlər”. (azertag.az)