Dnestryanı da Rusiyaya birləşir, növbə Moldovanındır

media-hightechnic-468x90

hghgffgdPutinin Krımın ardınca Ukraynanın cənub-şərqini tutub Moldovaya girmək planları təsdiqlənir.

Ukraynanın şərq regionlarının hakimiyyət orqanlarının rusiyameylli separatçılar tərəfindən ələ keçirildiyi bir vaxtda Moldovanın separatçı Dnestryanı bölgəsi də Rusiyaya birləşmək qərarını elan etməyə hazırlaşır.

“Nezavisimaya qazeta” xəbər verir ki, Dnestryanı bölgənin Rusiyaya birləşmək qərarını bu gün xalqa müraciətində “prezident” Yevgeni Şevçuk elan edəcək.

Qəzetin xəbərinə görə, Şevçuk həmçinin Dnestryanı bölgənin Moldova ilə bütün danışıqları və təmasları dayandırdığını, münaqişənin nizamlanmasına dair “5+2” formatından (Moldova, Dnestryanı, Rusiya – münaqişə tərəfləri, ATƏT – vasitəçi, Avropa İttifaqı və ABŞ – müşahidəçilər) çıxdığını elan edəcək.

Bildirilir ki, ötən həftə Dnestranı bölgənin “XİN”i bütün format iştirakçılarına aprelin 10-da Vyanada nəzərdə tutulan danışıqlara qatılmayacağına dair rəsmi məktub göndərib. Məktubda danışıqlardan çıxmağı əsaslandırmaq üçün göstərilir ki, Moldova ötən ilin sonunda Dnestryanı bölgədə istehsal olunan mallara ixrac rüsumunu götürəcəyinə dair verdiyi vədə əməl etməyib.

Ekspertlərə görə, Dnestryanı bölgənin bu demarşı Avropa İrttifaqı ilə Assosiasiya sazişi imzalamağa hazırlaşan Moldovaya ağır zərbə olacaq. Dnestryanı bölgə ilə yanaşı Qaqauz muxtariyyəti də müstəqillik tələb edə və Rusiyadan kömək istəyə bilər. Qaqauzların lideri Mixail Formuzal bildirir ki, Kişnyov Aİ ilə saziş imzalasa, Qaqauz muxtar respublikası statusunun dəyişdirilməsini tələb edəcək. Qaqauzlar da Dnestryanı rusları kimi MDB Gömrük İttifaqına girməyin tərəfdarıdır.

Dnestryanı bölgənin Moldova tərəfindən blokadaya alındığını iddia edən Rusiya baş nazirinin müavini Dmitri Roqozin isə bildirib ki, Moskva “istənilən təcavüzkarı” yerində oturtmaq üçün diplomatik, siyasi, iqtisadi və hərbi vasitələrin bütün arsenalından istifadə etməyə hazırdır.

Dnestryanı bölgənin hər iki sakinindən biri Rusiya pasportu daşıyır. Qərb diplomatları deyirlər ki, Dnestryanı bölgə Ukraynadan sonra yeni cəbhə bölgəsinə çevrilir(virtualorg.az).

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600