Bu gün tanınmış bəstəkar Tahir Əkbərin doğum günüdür. Bəstəkarın 72 yaşı tamam olur.
Yenicag.az-a açıqlama verən bəstəkarın xanımı Aybəniz Əkbər həyat yoldaşının illərdir özünə doğum günü keçirmədiyini deyib:
“Düz 28 ildir ki, Tahir Əkbər özünə doğum günü keçirmir. O, sonuncu dəfə 1990-cı ildə doğum gününü qeyd edib. Biz onda evlənməmişdik. Həmişə danışır ki, həmin gecə Salyan kazarmasının yanında evdə dostları ilə oturub ad gününü qeyd edirmiş, qəfildən güllə səsi o şənliyə son qoyub. Deyir elə bil göydən od yağırdı, hər yan gülləbaran edilirdi. Qəfildən açılan atəş başının üstündən vıyıltıyla keçib. O vaxtdan Tahir and içib ki, torpaqlarımız alınmayana qədər bir də özünə ad günü keçirməyəcək. Kimsə onu təbrik edəndə xoşuna gəlmir. İndi də xəstəxanadadır, danışa bilmir. Amma qəlbi qan ağlayır. Xəstəxanada olmasaydı, bugün şəhidlər xiyabanına gedib, müstəqilliyimiz uğrunda şəhid olan qəhrəmanlarımızı yad edərdi”.
Cəvahir
www.yenicag.az