Doğum gününü qeyd edən Afaq Bəşirqızı: “Ən böyük hədiyyəmi Prezidentimdən aldım”
“Doğum günümdə ən gözəl hədiyyəni canım Prezidentim İlham Əliyevdən aldım”.
Bu sözləri Yenicag.az-a açıqlamasında 70 illik yubileyini qeyd edən və dünən Prezident İlham Əliyevin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunan Xalq artisti Afaq Bəşirqızı təəssüratlarını bölüşərkən deyib.
Aktrisa doğum günündə ən böyük hədiyyəsini ölkə başçımızdan aldığını dilə gətirib:
“Doğum günümdə ən gözəl hədiyyəni canım Prezidentim İlham Əliyevdən aldım. Bundan böyük, bundan qiymətli və gözəl hədiyyə ola bilməz. Çox sevinirəm, sevincliyəm və bu sevincimi də məni sevənlərlə bölüşürəm. Sənətimə, zəhmətimə verdiyi böyük qiymətə görə canım Prezidentimə bir daha təşəkkürümü bildirirəm. Mədəniyyət dövlətin atributudur, dövlət bayrağından sonra mədəniyyət gəlir. Hamımız bu məsuliyyəti hiss etməli, qazandığımız şöhrət və aldığımız bütün mükafatların qarşısında həmişə alnıaçıq olmalıyıq”.
Cəvahir