Dollar və avronun Azərbaycan manatına nisbətən möhkəmlənməsi davam edir

media-hightechnic-468x90

2418ece29c8c7f10c835ea617af1fae1Bu gün də Azərbaycanda 1 ABŞ dollarının manatla nisbətdə rəsmi məzənnəsi cüzi möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 25-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0502 manat səviyyəsində müəyyən edilib. Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 dollar 1,0500 manat idi. Ötən gün isə 1 dollar 1,0501 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0008 manat və ya 0,07% bahalaşaraq 1,1914 manat olub. Qeyd edək ki, son 3 gün ərzində 1 avro 1,1950 manat olub. Ötən gün isə 1 avro 1,1906 manat idi(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600