Donald Tusk İlham Əliyevə başsağlığı verib

media-hightechnic-468x90

31a4a3d1fe83aa96c52e67be05ce5c96Donald Tusk Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlət başçısına və Azərbaycan xalqına başsağlığı verib

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk mayın 21-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, D. Tusk Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlət başçısına və Azərbaycan xalqına başsağlığı verib.

Azərbaycan prezidenti başsağlığına və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı məsələlər müzakirə edilib. Möhkəm təməllər üzərində qurulmuş bu əlaqələrin hazırda siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdirilməsi məmnunluqla qeyd olunub.

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar.

Dövlət başçısı Donald Tusku Azərbayana rəsmi səfərə dəvət edib. Dəvət qəbul olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600