Dövlət İmtahan Mərkəzi auditor seçib
Dövlət İmtahan Mərkəzi (DİM) 2025-2026-cı illər üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, sorğunun qalibi “RSM Azerbaijan” MMC-dir.
Qalib şirkətə xidmət müqabilində 63 720 manat ödəniləcək.
Xatırladaq ki, 2023-2024-cü illər üzrə bu sorğunun qalibi “Abacus Audit And Consulting” MMC olmuşdu. Həmin dövrdə şirkətə göstərdiyi xidmətə görə 31 570 manat ödənilmişdi. Beləliklə, audit xidmətinin builki qiymətində iki dəfədən də çox artım qeydə alınıb.













