Dövlət Komitəsi “Körpü Bina Tikinti” MMC-ni “keyfiyyətsiz” çıxardı

media-hightechnic-468x90

10836464_10204482652659095_896224077_nAzərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Yeniçag.az-a daxil olan məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Qəbələ şəhəri, Dəmiraparan çayının sağ sahilində yerləşən körpülərin və çaysahili bəndlərin inşası ilə məşğul olan “Körpü Bina Tikinti” MMC-də dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Yoxlama zamanı aydın olmuşdur ki, müəssisədə istehsal olunan beton qarışığının keyfiyyətini təsdiq edən uyğunluq seltifikatı yoxdur, beton istehsalında mövcud standartların tələblərinə tam əməl olunmur.

Belə ki, betonun keyfiyyəti normativ sənədin tələblərinə uyğun texniki göstəricilərlə təmin edilmir. Həmçinin beton qarışdırıcı qurğunun metroloji təminatı yoxdur, ölçmə vasitələri ilə təmin edilməyib.

Aşkar olunmuş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tədbiqi barədə qəbul edilmişdir.

Qeyd edək ki, 2001-ci ildə təsis edilən, sonradan isə fəaliyyətini daha da genişləndirərək nəzdində “Asfalt zavodu”, “Balka sexi”, “Beton zavodu”, “Çınqıl karxanası”, “Beton boru zavodu”, “Körpü istehsalat zavodu” və “Beton qovşaqları” kimi istehsalat müəssisələri fəaliyyət göstərən sözügedən MMC paytaxtın əksər yerlərində salınan körpülərin, yeraltı və yerüstü keçidlərin tikinti işlərini həyata keçirir. 13 il ərzində aylıq qazanclarını hansısa yollarla artıran şirkətin adı bir sıra xoşagəlməz məsələlərdə vurğulanır. O cümlədən, şirkətin rəhbəri Xəlil Göyüşovun adı bir sıra nazirlərlə ortaqlıqda hallanır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600