Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi, Sumqayıt Apellyasiya Məhkəməsi və Əmlak Məsələləri Dövlət Komitəsində mövcud dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən daxili müsahibələr başa çatıb.
Bu barədə Yenicag.az-a Dövlət İmtahan Mərkəzinin Mətbuat xidmətindən məlumat verilib.
Elanlar çərçivəsində müsahibəyə təqdim olunan ən yüksək vəzifələr Mədəniyyət Nazirliyində Aparatın rəhbəri və nazirin köməkçisi, Sumqayıt Apellyasiya Məhkəməsində Aparatın rəhbəri vəzifələri olub.
Müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçən 63 namizəddən 53 nəfəri vəzifəyə uyğun bilindiyi halda, 7 namizəd lazımi keçid balını toplaya bilməyib və 3 namizəd isə müsahibədə iştirak etməyib.
www.yenicag.az