Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanı keçirilir

media-hightechnic-468x90

Dövlət İmtahan Mərkəzi 5 aprel 2026-cı il tarixində inzibati vəzifələrin B növünə aid BB altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanı imtahanı keçirir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu imtahanda iştirak etmək üçün 1227 nəfər qeydiyyatdan keçib. İmtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunur.

İmtahan iki növbədə keçirilir. Birinci növbə saat 10:00-da başlanıb və 3 saat davam edəcək. İkinci növbə imtahan isə 16:00-da başlanacaq.

İmtahan kompüterlər vasitəsilə elektron formada keçirilir. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.

Qeyd edək ki, imtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası 6, 7 və 8 aprel tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05