“İstilik haqlarının ödənilməsi vətəndaşların insafına qalan bir məsələdir”.
Yencag.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bunu “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev keçirdiyi mətbuat konfransında bildirib.
“Təəssüf ki, vətəndaşlar istiliklə bağlı borclarını ödəmədikləri halda qurum onların evlərinə istiliyin verilməsini dayandırmaq səlahiyyətində deyil. Haqqın ödənilməsi vətəndaşların insafına qalıb”, – deyə o qeyd edib.
İ.Mirzəliyev əlavə edib ki, istilik təchizatı haqqında qanun layihəsi hazırlanır.
www.yenicag.az