!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət şovinizminin pozduğu TARAZLIQ: “Kremldən dünyanı təhdid edən bəyanatların verilməsi...” – RƏY

!Reklam – Yazi

“Rusiya rəsmilərinin qlobal proseslərə yanaşmalarında məhz bu stereotiplərdən çıxış etmələri onları yanlış nəticələrə yönləndirir”.

Bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin son müsahibəsində “ABŞ-ni də məhv edə biləcəkləri” haqda sözlərinə münasibət bildirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun fikrincə, Rusiya rəhbərliyində təmsil olunan fiqurların bu məzmunda verdikləri bəyanatlar Kremlin reallıq hissindən tamamilə uzaqlaşmasının göstəricisidir:

“Əslində, Ukraynaya ötən ildən başladığı hərbi təcavüzünü davam etdirən Rusiya rəsmilərinin bu qədər yersiz və aqressiv bəyanatlar səsləndirmələri təəccüb doğurmamalıdır. Eyni zamanda məsələyə elə məşhur bir deyimlə izahat versək, həqiqətən də, Rusiyanı ağılla dərk etmək mümkün deyil.

Patruşevin bu fikirləri də Kremlin mövcud geosiyasi və regional reallıqlardan tamamilə uzaqlaşdığının göstəricisidir. Digər tərəfdən, bu bəyanat Rusiya hakimiyyətinin hələ də ənənəvi dövlət şovinizminə və radikal rus millətçiliyinə əsaslandığını bir daha təsdiqləyir.

Rusiya rəsmilərinin qlobal proseslərə yanaşmalarında məhz bu stereotiplərdən çıxış etmələri onları yanlış nəticələrə yönləndirir. Patruşevin Putinin yaxın çevrəsinə mənsub olduğunu, həmçinin xüsusi xidmət orqanlarından gəldiyini nəzərə alsaq, bu mövqenin dövlət siyasətinə çevrildiyini söyləmək mümkündür. Ancaq Rusiya bu siyasətin əziyyətini çox çəkəcək”.

A.Zeynalov

COP29

www.yenicag.az

288
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv