!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlətlərin yüksək inflyasiya ilə MÜBARİZƏSİ - Hansı tədbirlər görülür?

!Reklam – Yazi

COVID-19 epidemiyası və Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan tədarük problemləri bir çox ölkədə enerji, mallar və tələbat mallarının qiymətlərinin hələ də yüksək olaraq qalmasına təkan verir.

Yenicag.az “Anadolu Ajansı”na istinadən bildirir ki, qlobal iqtisadiyyatın “baş ağrısı” olaraq qalmaqda davam edən yüksək inflyasiya şəraitində hökumətlər vətəndaşların ərzaq və enerji qiymətlərinin bahalaşması fonunda xərclərin ödənməsi üçün yeni tədbirlər görməyə davam edir. Çünki yüksək inflyasiya inkişaf etmiş iqtisadiyyatlarla yanaşı, inkişaf etməkdə olan ölkələrdə də insanların yaşayış tərzinə mənfi təsir göstərməkdədir. Bu fonda əksər ölkələr əhalinin sosial rifahının yaxşılaşması üçün müəyyən addımlar atmağa başlayıb.

Dünyanın ən böyük iqtisadiyyatına malik olan ABŞ-də Co Bayden administrasiyası strateji neft inflyasiyanın azaldılması üçün hərtərəfli sağlamlıq, iqlim və vergi tənzimləmələrini ehtiva edən 433 milyard dollarlıq “İnflyasiyanın Azaldılması Aktı”na icazə verib. Kanadada aztəminatlı şəxslərə və tələbələrə dəstək üçün borcların yüngülləşdirilməsi təmin edilib. Həmçinin Kolumbiya hökuməti gələn il minimum əmək haqqını 16 faiz artıracağını açıqlayıb. Argentina da gələn il gəlir vergisi bazasını artıracağını bildirib. Hökumət ölkədə fəaliyyət göstərən iri neft şirkətləri ilə benzinin qiymətinin artırılması həddini müəyyən etmək üçün razılıq əldə edib.

Çexiyada iri şirkətlər üçün elektrik enerjisi və təbii qaz qiymətlərinin hazırda ev təsərrüfatları və kiçik şirkətlərdən alınan qiymətlərlə eyni səviyyədə saxlanması təsdiqlənib. Portuqaliya hökuməti gələn il təxminən 1 milyon ev təsərrüfatı və kiçik biznes üçün elektrik enerjisinin qiymətinin artımını 3,3 faizlə məhdudlaşdıracağını açıqlayıb. Polşa isə gələn il kiçik müəssisələr, xəstəxanalar və yaşayış evləri üçün elektrik enerjisinin qiymətlərini məhdudlaşdıracağını bildirib.

İtaliya hökuməti də ailələrə və bizneslərə yüksək enerji xərclərinin öhdəsindən gəlməyə kömək etmək üçün gələn il təxminən 21 milyard avro xərcləməyi planlaşdırdığını qeyd edib. Rumıniya hökuməti isə yeni ilə qədər pensiyaların 12,5 faiz artırılacağını açıqlayıb.

Gülşən

www.yenicag.az

354
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv