Dünya çempionatının rəsmi mahnısı təqdim olunub - VİDEO

media-hightechnic-468x90

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi mahnısı internetdə yayımlanıb.

Yenicag.az-ın məlumatına görə, mahnını məşhur aktyor və Qremmi musiqi mükafatının amerikalı sahibi Uill Smit, onun həmyerlisi Niki Cem və albaniyalı Era İstrefi ifa edir.

Amerikalı dicey və bəstəkar, “Diplo” ləqəbli Tomas Uesli Pentsin prodüseri olduğu musiqi “Live It Up” (“Nəyi var yaşa”) adlanır. İyunun 7-də mahnının rəsmi videoklipi təqdim olunacaq. Artistlər iyulun 15-də Moskvada keçiriləcək final matçından əvvəl “Lujniki” stadionunda çıxış edəcəklər.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-də start götürəcək./Report/

 

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa