Dünya Çempionatının rəsmi mahnısı yayıldı – Video
Amerikalı reper Pitbull 2014-ci il Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatının rəsmi mahnısını “Yootube”-da yerləşdirib.
Pitbull bu mahnını həmyerlisi Cennifer Lopez və braziliyalı müğənni Klaudiya Leytte ilə birlikdə ifa edib. Kompozisiya “Biz birik” adlanır və Dünya Çempionatının mahnılar siyahısına əlavə edilib.
Mahnı aprelin 7-də “Yootube”-da dərc edildiyi gün 18 mindən çox baxış rekordu toplayıb.
Videoda musiqi yoxdur. Mahnı “One Love, One Rhythm” foto albomu ilə müşahidə olunur. Bura Dünya Kubokuna həsr olunmuş bütün əsərlər daxildir. 2014 Dünya Çempionatına əsas mahnı ilə yanaşı, Karlos Santana, Vyklef Jean, Riki Martin, Şakira və digər ifaçıların mahnıları da yer alıb. “Biz birik” mahnısını Pitbull, Cennifer Lopez və Klaudiya Leytte birlikdə iyunun 12-də Dünya Çempionatının rəsmi açılış mərasimində ifa edəcəklər.
Qeyd edək ki, həmin gün San-Paulonun “Arena ” stadionunda Braziliya–Xorvatiya milliləri qarşılaşacaq. 2010-cu il Cənubi Afrikada keçirilən futbol üzrə Dünya Çempionatının rəsmi mahnısı “Waka, Waka” ifaçısı kolumbiyalı müğənni Şakira idi (ans).