Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk vilayəti üzrə idarəsi Allahverənov Anarın axtarışı barədə məlumat yayıb.
Yenicag.az xəbər verir ki, yayılan məlumatda pauerliftinq üzrə dünya çempionu olan rusiyalı Andrey Draçyovu öldürən azərbaycanlının yerini bildirənə mükafat vəd edilib. Məlumatı ötürən şəxsə 500 min rubl mükafat verilməklə yanaşı, onun kimliyinin gizli saxlanılacağı da qeyd edilib.
Qeyd edək ki, 26 yaşlı Anar küçədə təkbətək döyüş zamanı rusiyalını öldürüb. Davaya isə Draçyovun Allahverənova “çuşka” deməsi səbəb olub.
www.yenicag.az