Dünyada 38 milyon məcburi köçkün var
Dünyada rekord sayda – 38 milyon məcburi köçkün var, bu da 2014-cü ildə hər gün təxminən 30 min insanın öz evini tərk etməsi deməkdir.
Yenicag.az azertac-a istinadən xəbər verir ki, bu məlumat Norveç Qaçqınlar Şurasının tərkib hissəsi olan Məcburi Köçkünlüyün Monitorinq Mərkəzi (MKMM) Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisində təqdim etdiyi “2015-ci il üzrə qlobal icmal: Münaqişə və zorakılıq səbəbindən ölkə daxilində köçkün düşən insanlar” adlı hesabatında yer alıb. Hesabatda dalbadal üçüncü il rekord həddə çatan məcburi köçkünlük rəqəmləri əksini tapır. Həmçinin qeyd edilir ki, 2014-cü il ərzində zorakılıq hadisələri səbəbindən daha 11 milyon insan köçkün düşüb.
Hesabat hökumətlər, tərəfdaş QHT-lər və BMT orqanları tərəfindən təqdim edilmiş məlumatlara əsaslanır. Orada 60 ölkə və ərazidə münaqişə və geniş yayılmış zorakılıqlar nəticəsində yaranan məcburi köçkünlüklə bağlı rəqəmlər qeyd edilir, onların təhlil aparılır.