Dünyada söz sahibi olan Azərbaycan: "Ölkəmiz Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayır"

media-hightechnic-468x90

“90-cı illərdə normal ordusu olmayan Azərbaycan hazırda dünyanın ən güclü ordularından birinə sahibdir”.

Bunu Azərbaycan ordusunun mövcud durumu barədə Yenicag.az-la fikirlərini bölüşən deputat Ceyhun Məmmədov bildirib. media-ceyhun6-1

“Ümumiyyətlə, 90-cı illərin əvvəlləri ilə müasir dövrü müzakirə etmək qeyri-mümkündür. O dövr Azərbaycan tarixinin ən ağır, ən mürəkkəb bir dövrü kimi xarakterizə olunmalıdır. O dövrdə Azərbaycan müstəqilliyini əldə etdi, amma artıq ard-arda torpaqlarımızın işğalına başlanmışdı. Sonrakı dövrdə isə daxili qarşıdurmalar, vətəndaş müharibəsi özünü qabarıq formada göstərməyə başladı və getdikcə vəziyyət daha da ağırlaşırdı, daha da mürəkkəbləşirdi”, – deyə qeyd edən deputat Ulu öndər Heydər Əliyevin gəlişi ilə Azərbaycanın siyasi, iqtisadi və hərbi sahədə yeni uğurlar qazandığını bildirib:

“Sonrakı dövrdə isə ölkənin daxilində sabitlik möhkəmləndi və quruculuq proseslərinə başlanıldı. Zamanla neft müqavilələri imzalandı, ölkəmizin iqtisadiyyatı inkişaf etməyə başladı və  bugünkü qələbələrimizin təməli məhz o vaxt qoyuldu. Həmin dövrdə büdcəsində pul olmayan Azərbaycanın bu gün dövlət büdcəsi 10 milyardlarla manata qədər qalxıb və hazırda 40 milyarda yaxın bir məbləği əhatə edir. Eyni zamanda, bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu gün Azərbaycan Avropaya və dünyanın müxtəlif yerlərinə neft və qaz satır. Bu gün Qərbin enerji təhlükəsizliyində Azərbaycan ciddi və mühüm rol oynayır. Bu isə ölkəmizin sürətlə inkişaf etdiyini, ildən ilə gücləndiyini göstərir. O dövrdə dağılmaq ərəfəsində olan Azərbaycan bu gün güclü Azərbaycanla əvəz edilib”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa