Qarşıdakı dövrdə dünyada təbii qaza olan tələbatın yarıbayarı azalacağı proqnozlaşdırılır.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin qaz bazarında vəziyyəti əks etdirən rüblük hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, 2022-ci ildə dünya bazarında qiymətlərin artması və Rusiyadan idxalın azalması nəticəsində Avropada təbii qaza olan tələbat müəyyən qədər azalıb. Eyni zamanda, sənəddə dünya miqyasında da təbii qaza olan tələbatın təqribən 50 faiz azaldığı vurğulanıb.
Proqnoza əsasən, yalnız 2025-ci ildə dünyada təbii qaza olan tələbatın 3,4 faiz artacağı gözlənilir. Bu isə 2021-ci ildə tələb olunan tədarükdən 140 milyard kub metr çox olsa, həmin il üçün qeydə alınmış 175 milyard kub metrlik tələbat sıçrayışından azdır.
Hesabatda Rusiyanın Ukraynaya hərbi təcavüzünün təbii qazın perspektivinə ciddi təsir göstərdiyi əks olunub:
“Bu müşahidə olunan rekord qiymət və nəqlin xeyli çətinləşməsi etibarlı və məqbul enerji mənbəyi olan təbii qazın reputasiyasına zərbə vurur, bununla da inkişaf etməkdə olan ölkələrdə onun perspektivini sual altına alır”.
www.yenicag.az