Dünyanın ən böyük binası-Fotolar
Səudiyyə Ərəbistanında dünyanın ən böyük binası inşa olunacaq.
Yeni inşa olunacaq bina “Kral qülləsi” adlandırılacaq. Gələn həftədən inşasına başlanacaq binanın 3 min 280 fit uzunluğunda olacağı planlaşdırılır. “Kral qülləsi”nin inşası bitdikdən sonra hazırda dünyanın ən uzun binası olan Bürc Xəlifədən iki dəfə uzun olacaq.
Binanın ilk inşasının ilk fazının dəyəri 20 milyard dollar olacaq. Yeni layihənin Dubayın yeni ruhu olacağı deyilir. Yəni bina Krallığın qlobal iş və mədəniyyət mərkəzinə çevriləcək. 200 mərtəbəli bina Ciddədə inşa olunacaq. İnşaat üçün 80 min ton çəlik istifadə olunacaq. Binada modern üslublu otel və xeyli sayda ofisin olacağı planlaşdırılır(anspress).