Dünyanın ən kök adamı vəfat edib
Bu gün Böyük Britaniyada dünyanın ən kök insanı Martin Kit vəfat edib.
Bu barədə “The Daily Mirror” məlumat yayıb.
Məlumata görə, 444 kiloqram çəkidə olan Martin pnevmoniya xəstəliyindən ölüb.
Həmçinin, 45 yaşlı rekordçu 8 ay əvvəl mədəsindən əməliyyat olunub və nəticədə həmin nahiyənin üçdə bir hissəsi götürülüb. Əməliyyat edən cərrah yerli hakimiyyətdən “fast food” yeməyini alanlara vergi tətbiq etməyi tələb edib və Martinin ödəməli olduğu verginin məbləği 64 min dollara çatıb. (qafqazinfo.az)