Yaponiyada planetin ən yaşlı sakini vəfat edib.
112 yaşlı Yasutaro Koide bu gün dünyasını dəyişib. Onun ölümünə səbəb xroniki ürək çatışmazlığı olub.
Qeyd edək ki, Y. Koide 1903-cü il martın 13-də Fukui prefekturasının Tsuruqa şəhərində anadan olub. Ölümünə qədər demək olar, səhhətilə bağlı heç bir problem yaşamayıb. Planetin ən yaşlı sakini kitabı eynəksiz oxumağı da bacarıb.
Koide rəsmi olaraq ötən il, həmyerlisi Sakari Momoi 112 yaşında vəfat edəndən sonra dünyanın ən yaşlı kişi sakini seçilib.(Aznews)
www.yenicag.az