!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən yoxsul 10 ölkəsi açıqlandı – SİYAHI

!Reklam – Yazi

1987-ci il oktyabrın 17-də Fransanın paytaxtı Parisdə toplaşan böyük bir qrup yoxsulluğun “insan hüquqlarının pozulması” olduğunu iddia edərək, bütün dünyada rezonans doğuran yoxsulluğa qarşı mübarizəyə çağırıb.

Buna əsaslanaraq Birləşmiş Millətlər Təşkilatı (BMT) 1992-ci ildə 17 oktyabr tarixini “Ümumdünya Yoxsulluğun Aradan Qaldırılması Günü” kimi qeyd etmək qərarına gəlib və bütün ölkələri yoxsulluğun aradan qaldırılmasında fəal rol oynamağa çağırıb.

Yenicag.az xəbər verir ki, hər il bu tarixdə yoxsulluğa qarşı maarifləndirmə məqsədilə BMT çərçivəsində tədbirlər təşkil edilir. BMT-nin builki Ümumdünya Yoxsulluqla Mübarizə Gününün mövzusu “Sosial və institusional sui-istifadəyə son qoymaqdır”.

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin saytında yer alan fakta görə, yoxsul insanlar vəziyyətlərinə və xarici görünüşünə görə təcrid olunurlar.

Yoxsullarla bağlı neqativ diskursların qarşısını almaq əvəzinə qurum və təşkilatlar bu diskursa qatılır və gücləndirilir. Kasıb insanlar düşdüyü vəziyyətdən qurtulmağa çalışarkən, onlara dəstək verməli olan qurumlar bu məsələdə tədbir görmür, əksinə, insanların diqqətdən kənarda qalmasına gətirib çıxarır.

Qərar vermə mexanizmlərində iştirak edə bilməyən bu insanlar fiziki, ruhi və emosional cəhətdən aciz hiss edirlər.

BVF-nin 2024-cü ilin Aprel Dünya İqtisadi Görünüşü hesabatında yer alan məlumatlara görə, ölkələrin adambaşına düşən ümumi daxili məhsulu (ÜDM) nəzərə alındıqda, dünyanın ən yoxsul 10 ölkəsindən 9-nun Afrika qitəsində yerləşdiyi görülür.

Şərqi Afrikada yerləşən Burundi adambaşına təxminən 230 dollar ÜDM ilə dünyanın ən kasıb ölkəsidir.

Eyni bölgədəki Cənubi Sudan və Malavi də adambaşına düşən ÜDM-i təxminən 421 və 480 dollar olmaqla dünyanın ikinci və üçüncü ən yoxsul ölkələridir.

Bu ölkələri təqribən 486 dollarla Yəmən, 526 dollarla Syerra-Leone, 537 dollarla Mərkəzi Afrika Respublikası, 538 dollarla Madaqaskar, 546 dollarla Sudan, 659 dollarla Mozambik və 670 dollarla Niger izləyir.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

154
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv