Bu gün Türkiyənin və dünyanın ən böyük derbilərindən biri – “Qalatasaray” – “Fənərbaxça” görüşü baş tutacaq.
Yenicag.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:30-da start götürəcək bu oyunda “Qarabağ” plakatı açıla bilər. Plakatın Türkiyənin “Sabah” qəzetində Mevlut Tezelin “Qarabağ” azarkeşlərini aşağılayan məlum yazısına etiraz olaraq açılması təklif edilib.
Təklif “Fənərbaxça” klubunun ən böyük azarkeş qruplarında biri olan “Fenerist” tərəfindən irəli sürülüb: “Fənərbaxça” və “Qalatasaray” azarkeşlərindən ricamız bu “tərbiyəsiz” yazıya qarşılıq derbidə “QARABAĞ” plakatı açmalarıdır”.
Qeyd edək ki, Türkiyə Super Liqasının ötən gün baş tutan “Yeni Malatyaspor” – “Trabzonspor” matçında da məlum məsələ ilə bağlı “Qarabağ” fanatlarına dəstək göstərilib. Belə ki, trabzonlu fanatlar oxşar formada “Trabzon” sözünü və Azərbaycan bayrağını tribunada yanaşı nümayiş etdiriblər.
www.yenicag.az