Düzgün müalicə olunmayan xəstə öldü, cinayət işi başlandı

media-hightechnic-468x90

“Naxçıvan Muxtar Respublikası Xəstəxanası” PHŞ-nin Kardioloji mərkəzində müalicə alan Culfa rayonunun Gülüstan kənd sakini Elməddin Vəliyevin ölməsi ilə bağlı araşdırma aparılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Naxçıvan şəhər Prokurorluğunun məlumatında bildirilib.

Araşdırma zamanı toplanmış sübutlara əsasən Elməddin Vəliyevdə aşkar edilmiş sağ ağciyər xərçənginin həkimlər tərəfindən “Pnevmoniya” kimi qiymətləndirilməsi və patologiyanın müalicə tədbirlərindən kənarda qalması, eləcə də sağ ağciyərdə aşkar edilmiş patoloji kölgəliyin göbələk infeksiyası kimi qiymətləndirilməsi nəticəsində onun düzgün müalicə olunmamasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Naxçıvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05