!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DYP reyd keçirdi - Bakıda 50-dən artıq sürücü cərimələndi - FOTO

!Reklam – Yazi

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək və gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi istiqamətində görülən tədbirlər davam etdirilir. Bu istiqamətdə idarə əməkdaşları həftəsonu paytaxtın müxəlif küçə və prospektlərində maarifləndirici və profilaktik tədbirlər keçiriblər.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, reyd zamanı xeyli sayda sərxoş sürücü aşkar olunub, yol polisinə tabe olmayan, avtoxuliqanlıq edənlərə də rast gəlinib. Keçirilən tədbirlər zamanı polisin qanuni saxlama əmrinə tabe olmayaraq avtomobili saxlamaqdan imtina edən və bununla da kobud qayda pozan xanım sürücü Səbail rayonu, Rəşid Behbudov küçəsində süni tıxac yaradıldıqdan sonra saxlanılıb.

Daha bir avtoxuliqanlıq hərəkətləri edən sürücü Nərimanov rayonu, Həsən Əliyev küçəsində aşkar edilib. Belə ki, “Niva” və “Lexus” markalı avtomobillərin sürücüləri qarşı yola çıxaraq yüksək sürətlə hərəkət edib və digər hərəkət iştirakçılarına aşkar təhlükə yaradıblar. Yol polisi əməkdaşlarının “saxla” işarəsinə tabe olmayan sürücülər məsuliyyətdən yayınmaq üçün ayrı-ayrı istiqamətlərə gediblər. Sonda DYP əməkdaşları süni sıxlıq yaradaraq “Lexus” markalı avtomobilin sürücüsünü Ziya Bünyadov prospektində saxlamağa nail olublar.

Qeyd edək ki, avtoxuliqanlıq edən digər 90-GJ-444 dövlər qeydiyyat nişanlı “Niva”nın sürücüsünün isə saxlanılması barədə qərar çıxarılıb.

Reyd zamanı sərxoş vəziyyətdə saxlanılan sürücü Əhməd Hüseynov polisdən qaçmaq üçün maşını yolun hərəkət hissəsində saxlayaraq düşüb qaçmağa çalışsa da, o saxlanılıb. Sürücü nəqliyyat vasitəsini mühafizə olunan müvəqqəti duracağa yerləşdirmək üçün avtomobilin açarlarını polislərə verməkdən boyun qaçırıb. Daha sonra tibbi müayinə zamanı onun ağır dərəcəli sərxoş olduğu üzə çıxıb.

“Mersedes” markalı avtomobili sərxoş vəziyyətdə idarə edən daha bir sürücü Zakir Rüstəmov isə Xətai rayonu Xocalı prospektində saxlanılıb. O, əvvəlcə polislərə spirtli içki qəbul etmədiyini desə də, sonradan sükan arxasına sərxoş vəziyyətdə əyləşdiyini etiraf edib.

Sərxoş vəziyyətdə saxlanılan “Prado” markalı avtomobilin sürücüsü isə əvvəlcə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edərək məsuliyyətdən yayınmağa çalışıb. Amma polislər tərəfindən onunla profilaktik söhbətlər aparılaraq spirtli içkinin təsiri altında nəqliyyat vasitəsini idarə etməyin törədə biləcəyi ağır fəsadlar barədə məlumat verilib. Daha sonra bu sürücü barəsində də qanunamüvafiq tədbir görülüb.

“Mersedes” markalı mikroavtobusu sərxoş halda idarə edən növbəti sürücü Ziya Bünyadov prospektində saxlanılıb. Sürücü nə qədər təəccüblü olsa da, etdiyi əmələ haqq qazandırmağa çalışıb. O, içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün peşman olmadığını bildirib.

Qeyd edək ki, son zamanlar bəzi sürücülər avtomobilə konstruksiya dəyişikliyi etmədən maşının yük yerinə su qabları, beton qırıntıları, sement, mərmər və digər ağır əşyalar yığırlar. Bununla da onlar avtomobilin ön hissəsinin qalxmasını, arxa hissəsinin isə aşağı düşməsini təmin edirlər. Reyd zamanı bu üsulla, yəni avtomobilin yük yerinə beton qırıntıları yığaraq görünüşü dəyişən sürücülər də aşkar edilib.

Reyd zamanı sərxoş halda nəqliyyat vasitəsini idarə edən 14, avtoxuliqanlıq edən 3, polisə tabe olmayan 2 sürücü aşkarlanıb. Digər kobud qayda pozuntularına yol verən sürücülər barəsində də müvafiq tədbirlər görülüb. Ümümilikdə, reyd zamanı 50-dən artıq sürücü saxlanılaraq inzibati qaydada cərimə edilib, bir neçəsinin barəsində toplanmış materiallar isə məhkəmələrə təqdim edilib. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.

COP29

www.yenicag.az

5698
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv