!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DYP sürücülərə müraciət etdi

!Reklam – Yazi

Baş Dövlət Yol Polisi İdarəsi qış mövsümündə yollarda təhlükəsizliyin təmin olunması və baş verə biləcək yol qəzalırının qarşısının vaxtında alınması məqsədilə sürücülərə müraciət edib.

İdarədən Yenicag.az-a verilən məlum bildirilib ki, sürücülər səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobillərinin texniki vəziyyətinə bir daha nəzarət etməlidirlər.

Müraciətdə qeyd olunub ki, hərəkət zamanı təhlükəsizlik kəmərlərini təkcə sürücülər deyil, sərnişinlərin də bağlaması mütləqdir: “Kəmərlərin bağlanmaması təkcə məsuliyyət yaratmır, həm də qəfil tormozlama və ya hər hansı toqquşma zamanı insan həyatı üçün yaranan təhlükədən qoruyur.

İdarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.

Rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir.

Uzaq məsafəli səfər zamanı yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin. Bir neçə saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb istirahət edin. Bir daha xatırladırıq ki, bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz”.

COP29

www.yenicag.az

4034
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv