ABŞ-ın Əfqanıstana bəxş etdiyi “demokratiya”nın gətirdiyi faciələrin sonu görünmür.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, aparılan araşdırmalara əsasən, Əfqanıstanda ötən ay hər gün orta hesabla 74 nəfər qətlə yetirilib.
Araşdırmadan da göründüyü kimi, bu statistika Əfqanıstanda son 18 ildə səngiməyən amansız zorakılığın yaratdığı acı mənzərəni ortaya qoyur.
Ümumiyyətlə, ABŞ-ın 2001-ci ildə Əfqanıstana müdaxiləsindən sonra ölkədə 2 min 037 nəfərin qətlə yetirildiyi, 1 948 nəfərin isə yaralandığı 611 gizli cinayət aşkar edilib.
Bununla belə, ölkədə zorakılığa son qoyulması üçün Əfqanıstan hökuməti, “Taliban” və ABŞ diplomatlarının iştirakı ilə danışıqlar yenə də nəticəsiz bitib.
Samirə Əliyeva
www.yenicag.az