Əfqanıstanda xarici jurnalistlər güllələndi

media-hightechnic-468x90

nbmhjghjghjƏfqanıstanın şərqində polis forması geyinmiş kişi iki xarici jurnalisti güllələyib. Jurnalistlərdən biri həyatını itirib, digəri isə ağır yaralıdır.

Əfqanıstanla Pakistan sərhəddində kiçik bir kənddə baş verən hadisə, şənbə günü Əfqanıstanda keçiriləcək prezident seçkilərinə görə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ərəfəsinə təsadüf edib. Əlavə təhlükəsizlik tədbirləri Taliban qruplaşmasından gələn təhdidlərə görə həyata keçirilirdi.

Yeni prezident 2001-ci ildə Taliban hakimiyyətinin yıxılmasından sonra hakimiyyətə gələn Hamid Karzainin sələfi olacaq. Cənab Karzai Konstitusiyaya görə 3-cü dəfə prezident seçilə bilməz.

Seçki məntəqələrini dağıtmaqla təhdid edən Talibandan qorunmaq üçün ölkə daxilində 200 min nəfərlik qoşun hazır vəziyyətə gətirilib. Hər bir seçki məntəqəsinin ətrafına ortada polis əməkdaşları və ətrafa əsgərlər düzülməklə “təhlükəsizlik üzüyü” qurulub.

BBC-nin Əfqanıstandakı müxbiri David Loyn bildirir ki, Talibandan sonra seçkilər hər zaman geniş hərbi əməliyyatlarla müşayiət edilib (anspress).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600