“Əgər Ermənistan müqavimət göstərəcəksə...” – Paşinyan üçün BÖYÜK SEÇİM

media-hightechnic-468x90

“Əgər Ermənistan müqavimət göstərəcəksə, toqquşmaya gedəcəksə, öz dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalacaq”.

Bu fikri Nikol Paşinyanın Türkiyə səfəri, habelə Ermənistan daxilində baş verən prosesləri Yenicag.az-a şərh edən millət vəkili, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

media-elshad_musayev_in_2024

Onun sözlərinə görə, Paşinyan İstanbulda öhdəlik götürəcək:

“Paşinyanın Türkiyəyə səfəri var. Bu səfərdən sonra xeyli məsələlər aydınlaşacaq. Ölkə daxilində Paşinyan dəfələrlə qeyd edib ki, özünə qarşı olan qüvvələri sıradan çıxarmağı bacarıb. Axırıncı maneə isə kilsədir. Kilsə rəhbəri II Qaregin özünə çox arxayındır və özünü ötkəm aparır. Paşinyan səfərdən qayıdandan sonra II Qareginlə bağlı məsələləri sürətləndirəcək”.

E. Musayev hesab edir ki, bütün məsələlər Zəngəzur dəhlizinin açılması üzərində gedir:

“Ermənistanın ayrı çıxış yolu yoxdur. İrəvan dəhlizin açılması ilə barışmalıdır. Əgər Ermənistan müqavimət göstərəcəksə, toqquşmaya gedəcəksə, öz dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalacaq. Paşinyan Türkiyə ilə əlaqələr qurmaq istəyir, həm də Azərbaycanla münasibətləri düzəltmək niyyətindədir. Azərbaycan heç vaxt özünəməxsus olandan əl çəkməyəcək. Düşünürəm ki, Paşinyanın Türkiyə səfəri bu məsələləri razılaşdırmaq üçündür. Paşinyan öhdəlik götürməlidir, başqa yolu yoxdur”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600