Əhməd Davudoğlu Türkiyəyə yeni baş nazir gətirilir

media-hightechnic-468x90

59968_res_01Əli Sarıqaya Türkiyə baş nazirinin müşaviri təyin olunub.

Əli Sarıqaya xarici işlər naziri Əhməd Davudoğlunun məsləhətçilərindən biri idi. O, Davudoğlunun ali məktəbdən tələbəsi kimi də ən yaxın şəxslərdən olub. Sarıqaya xarici işlər naziri ilə artıq 12 ildən çoxdur birlikdə çalışır. Onun adı əvvəllər nazir müavini vəzifəsinə namizəd kimi çəkilmişdi, lakin həmin posta Naci Koru gətirildi.

Qeyd edək ki, Sarıqayanın bu vəzifəyə təyinatı Əhməd Davudoğlunun Türkiyənin yeni baş naziri olacağına bir işarə kimi də dəyərləndirilir. Türkiyə KİV-ləri xəbər verir ki, avqustun 27-də hakim partiyanın qurultayında yeni müvəqqəti baş nazir təyin ediləcək. Məlumata görə, müvəqqəti baş nazir vəzifəsində 2015-ci ilin iyun ayında keçiriləcək parlament seçkilərinə qədər olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600