Əjdər Tağızadə Azərbaycanın İrana qarşı anti-təbliğatı maliyyələşdirdiyini bildirib-Reaksiyalar

media-hightechnic-468x90

D87756CA-DB78-4587-8CE6-DF5AE6DF9980_mw1024_s_nİlham İsmayıl: “Diasporanın maliyyələşdirilməsi və yaxud diasporanın da kimisə maliyyələşdirməsi gizli məsələ deyil”

Samir Adıgözəlli: “Əjdər Tağızadə Diaspora Komitəsini şantaj edir”

 

Dünya Azərbaycanlıları Konqresinin sabiq Daimi Şura sədri Əjdər Tağızadə belə bir fikir səsləndirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi Güney Azerbaycanla bağlı iş görmek üçün DAK-ın hesabına pul köçürür. Görəsən, belə bir fakt varsa, onun ictimailləşdirilməsi dövlət sirrinin açılması deyilmi? Dövlət sirrini açıqladığı üçün xarici vətəndaş necə cəzalandırılmalıdır?

img1352086Yenicag-a açıqlamasında sabiq MTN əməkdaşı İlham İsmayıl bildirdi ki, Diaspora Komitəsinin kimisə maliyyələşdirməsi gizli məsələ deyil: “Dövlət sirri haqqında” qanun var. Dövlət sirrinin nə olması məsələsi bu qanundan bilinir.  Gizli ödənişlər var. Amma inanmıram ki, Dünya Azərbaycanlıları Konqressinə maliyyə dəstəyi dövlət tərəfindən gizli şəkildə ödənilsin. Ona görə də DAK-ın sabiq Daimi Şura sədrinə qarşı konkret maliyyə məsələsilə bağlı hər hansı ittiham irəli sürmək düzgün deyil. Belə bir cəza yoxdur. Diaspora ilə bağlı bu məsələ dövlət sirri sayılmır. Bütün dünyada diaspora sivil qurum hesab olunur. Onların maliyyələşdirilməsi və yaxud diasporanın da kimisə maliyyələşdirməsi gizli məsələ deyil”.

samir adigozelliDAK İcra Aparatının sədri Samir Adıgözəlli isə hesab edir ki, Əjdər Tağızadə bu sözləri ilə faktiki olaraq, İrana işarə verir: “DAK-ın bütün maliyyə işləri şəffafdır və heç bir qurumdan bu və ya digər ölkə əleyhinə fəaliyyət göstərmək üçün maliyyə yardımı almayıb. Hesab edirəm ki, bu Əjdər Tağızadənin son şantajıdır. Bu şantaj sadəcə DAK-a qarşı deyil, dəstək almaq istədiyi Diaspora Komitəsinə qarşı yönəlib. Mən inanmıram ki, bu açıqlama təsadüfidir. Bununla Əjdər Tağızadə Diaspora Komitəsi üzərindən Azərbaycan dövlətini qonşu dövlətlə üz-üzə qoymağı hesablamaqdadır”.

Elçin

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600