Ekvadorda etirazçılar prezidentin kortejinə hücum ediblər

media-hightechnic-468x90

Ekvadorda yanacaq qiymətləri ilə bağlı etirazlar zamanı etirazçılar prezident Daniel Noboanın kortejinə hücum ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hücum axşam saatlarında İmbabura vilayətinin girişində baş verib. Ekvador prezidenti xarici diplomatlarla birlikdə humanitar yardım çatdırmaq üçün bölgəyə gedirmiş. Təxminən 350 nəfər dövlət başçısının kortejinə hücum edib. Etirazçılar onu fişənglər, molotov kokteyli və daşlarla atıblar. Maşınları qoruyan 50-yə yaxın əsgər hücumu dəf etməyə çalışıb. Ekvador prezident administrasiyası bildirib ki, kortejdə yüksək səviyyəli rəsmilər, o cümlədən Vatikan diplomatı Andres Karraskosa, Avropa İttifaqının səfiri Yekaterina Dorodnova və İtaliya səfiri Covanni Davoli də olub.

İtaliyanın Ekvadordakı səfirliyi hadisəni “terror aktı” kimi qiymətləndirib. Hücumda xəsarət alan olmayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa