Elektron imza Avropa İttifaqı (Aİ) ölkələrində tanınacaq.

media-hightechnic-468x90

Elektron imza Avropa İttifaqı ölkələrində tanınacaq

Yeniçağ.Az Trend-ə istinadən məlumat verir ki, bunu jurnalistlərə Rəqəmsal Avstriya Platformasının xüsusi nümayəndəsi Kristian Rup deyib.

Onun sözlərinə görə, Şərq tərəfdaşlığı çərçivəsində elektron imzaların qarşılıqlı tanınması məsələlələri ilə məşğul olacaq işçi qrupu yaradılacaq.

K.Rup qeyd edib ki, bu ölkəyə səfərinin məqsədi Avstriyada e-imza, e-xidmətlər, kibertəhlükəsizlik sahələrində həyata keçirilən işlərin Azərbaycanda təqdim olunması, eyni zamanda, bu texnologiyaların tətbiq olunması üsullarının müəyyən olunmasıdır.

Azərbaycanda elektron imza və və elektron sənəd dövriyyəsi barədə qanunların olduğunu ifadə edən K.Rup əsas məsələnin bu xidmətlərin daha da təkmilləşdirilməsindən ibarət olduğunu deyib.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600