!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əli Daeinin İrandan çıxışına qadağa qoyuldu

!Reklam – Yazi

İranın hüquq-mühafizə orqanları milli komanda tarixinin bombardiri, Azərbaycan əsilli keçmiş futbolçu Əli Daeinin pasportunu müsadirə edib.

Yenicag.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. 53 yaşlı veteran futbolçu İranda 22 yaşlı gənc Məhsa Əmininin ölümündən sonra başlayan kütləvi etirazları dəstəkləyib.  Buna görə də Ə.Daenin pasportu əlindən alınıb və onun ölkədən çıxışına qadağa qoyulub.

 

Qeyd edək ki, Daei 1993-2006-cı illərdə İran yığmasında oynayıb. O, 2004-21-ci illərdə yığmadakı qol sayında dünya rekordçusu olub (109 qol). Ötən il Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo Daeni geridə qoyub./Qol.az/

www.yenicag.az

361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv