“Əlillər arasında fərq qoyulmamalıdır…” - Siyavuş Novruzov

media-hightechnic-468x90

Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov müharibə veteranlarının kommunla xərcləri üçün ayrılan vəsaitin artırılmasını təklif edib.

Yenicag.az xəbər verir ki, S. Novruzov parlamentin bugünkü iclasında çıxışı zamanı bildirib ki, hazırda müharibə veteranlarına 80 manat kommunal xərclərin ödənilməsiylə bağlı müavinət alırlar.

“Hər bir veteran bundan fəxarət hissi keçirir. Ancaq ölkədə nəqliyyat və kommunal sahədə qiymətlər artıb. Ona görə təklif edirəm ki, müharibə veteranları üçün ayrılan kommunal xərclər 130 manata çatdırıslın. Biz bununla 100 mindən çox şəxsin kommunal ehtiyacının artırılmasına nail ola bilərik”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Komitə sədri həmçinin, Birinci və İkinci Vətən Müharibəsinin əlilləri arasında fərq qoyulmamasına çağırış edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600