Əliyevlə Sarkisyanın görüş vaxtı açıqlandı

media-hightechnic-468x90

Ilha765sarkisanAzərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü dekabrın 1-də Parisdə baş tutacaq.

Bu barədə Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb.

Qəzet iddia edir ki, Azərbaycan prezidenti İlham Əliyev görüş barədə razılığı iki ay öncə verib: “Bu zəmində ATƏT-in Minsk qrupu həmsədrləri tərəflər arasında görüşün payızda başa tutması ilə bağlı razılığa gəliblər”.

Qəzetdə dərc edilən xəbərə görə, Parisdə baş tutacaq görüşün əsas müzakirə mövzusu yeni təkliflər olmayacaq, tərəflər əsasən atəşkəs rejiminə əməl etmək və danışıqları davam etdirmək məsələlərinə toxunacaqlar.

Qeyd edək ki, noyabrın 30-dan dekabrın 11-dək Parisdə 21-ci BMT İqlim Dəyişikliyi Konfransı keçiriləcək(Azvision).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600