!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elman Rüstəmovun İNFLYASİYA PROQNOZU: “İlin əvvəlindən yalnız çörək bu qədər bahalaşıbsa...” – REAKSİYA

!Reklam – Yazi

“Bütün ölkələrdə Mərkəzi Bank rəhbərləri öz işgüzarlıqlarını göstərmək üçün nikbin bəyanatlar verirlər”.

Bu fikirləri Mərkəzi Bankın sədri Elman Rüstəmovun 2022-ci ildə ölkədə inflyasiyanın 7,5 faiz həddində olacağına dair proqnozuna münasibət bildirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dünyada və Azərbaycanda müşahidə olunan kəskin bahalaşma fonunda inflyasiyanın aşağı həddə olacağını gözləmək mümkün deyil:

“Mərkəzi Bankın son qərarı əsasında uçot dərəcəsinin 7,25-dən 7,5-yə qaldırılması faktik olaraq, bankların fəaliyyətinə təsir göstərməyəcək. Bildiyiniz kimi, uçot dərəcəsi, əslində, Mərkəzi Bankın özəl banklara verdiyi kreditlərin faiz dərəcəsidir. Əvvəllər də qeyd etdiyim fikri təkrar deyirəm ki, özəl bankların çox az bir qismi Mərkəzi Bankdan kredit götürmək imkanına malikdir.

Mərkəzi Bank rəhbərliyinin inflyasiya proqnozuna gəldikdə isə, birmənalı bildirmək istərdim ki, bu gözləntinin 7,5 faiz həddində olacağı reallıqdan kənar yanaşmadır. Gəlin baxaq, dünyada, o cümlədən də Azərbaycanda çox ciddi bahalaşma dalğası müşahidə olunur. Azərbaycanda təkcə çörəyin qiyməti nə qədər artıb. Un məhsullarının qiymət artımı isə 2021-ci ildə yox, bu il başlayandan qeydə alınıb. Bu isə o deməkdir ki, inflyasiyanın 7,5 faiz olacağını gözləmək mümkün deyil.

Əlbəttə, bunu Elman Rüstəmov da bilir. Sadəcə olaraq, bütün ölkələrdə Mərkəzi Bank rəhbərləri öz işgüzarlıqlarını göstərmək üçün bu cür nikbin bəyanatlar verirlər. İlin sonunda verdikləri proqnozlar doğrulmayanda isə bunu “gözlənilməz proseslər”lə izah edərək, vəziyyətdən çıxmağa çalışırlar”.

A.Zeynalov

COP29

www.yenicag.az

730
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv