Elmar Məmmədyarov Bəhreyn Krallığının Xarici İşlər naziri ilə görüşüb

media-hightechnic-468x90

BMT BA-nın 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Bəhreyn Krallığının Xarici İşlər naziri Şeyx Xalid bin Ahmed Mohamed Al Xalifa ilə görüşüb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, nazirlər Azərbaycan və Bəhreyn arasında mövcüd olan ikitərəfli əməkdaşlıq münasibətlərini müzakirə etdilər və ölkələr arasındakı əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğuladılar.

Tərəflər, bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşü və Azərbaycanın qarşıdan gələn 3 il ərzində bu Hərəkata sədrliyi məsələlərinə dair fikir mübadiləsi apardılar.

Nazirlər, habelə regional və qlobal təhlükəsizlik məsələləri, eləcə də BMT Baş Assambleyasının 74-cü sessiyasının gündəliyindəki digər məsələləri müzakirə etdilər.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600