Elmar Məmmədyarov Gürcüstana səfərə gedəcək

media-hightechnic-468x90

imagesAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 19-da Gürcüstana iki günlük rəsmi səfərə gedəcək.

Bunu keçirdiyi ənənəvi brifinqdə Gürcüstan XİN-in sözçüsü David Kereselidze deyib. O bildirib ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətləri, xüsusən enerji və nəqliyyat sahələrində intensiv inkişaf edən əlaqələr baxımından bu səfər mühüm əhəmiyyət daşıyır.

D. Kereselidze səfər zamanı E. Məmmədyarovun Gürcüstanın xarici işlər naziri, baş nazir, parlamentin sədri və prezidentlə görüşlər keçirəcəyini söyləyib. Görüşlərdə ikitərəfli münasibətlərin geniş spektri müzakirə ediləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600