Elmar Məmmədyarov malayziyalı həmkarı ilə görüşüb

media-hightechnic-468x90

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın xarici işlər naziri Dato Sri Anifah Aman ilə görüşüb.

Nazirlikdən Yeniçağ.Az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Malayziya arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olunub. Nazirlər iki ölkə arasında siyasi dialoqun inkişafından, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə ediblər.

Görüşdə tərəflər yüksək səviyyəli səfərlər və ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinə toxunublar.
Malayziyanın xarici işlər naziri Azərbaycana səfərini və keçirdiyi məhsuldar görüşləri xatırladaraq paytaxt Bakı və Azərbaycanın inkişafının onda yüksək təəssüratlar oyatdığını diqqətə çatdırıb.

İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsinə toxunan nazirlər bu istiqamətdə də birgə səylərin artırılmasının vacibliyini qeyd ediblər. İki ölkə arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşunun artırılması, habelə neft-qaz, sənaye, kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıblar. Enerji sahəsində əməkdaşlıq çərçivəsində Malayziyanın Petronas şirkətinin Azərbaycanda uğurlu fəaliyyəti qeyd olunub.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətə dair həmkarına ətraflı məlumat verdi. O, Malayziyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi əsasında həllinə dair Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüş zamanı tərəflər həmçinin İƏT gündəliyində duran məsələlər, qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, E.Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak etmək məqsədilə Malayziyada səfərdədir.

Yeniçağ.Az

media-ziraat-728x90

Elmar Məmmədyarov malayziyalı həmkarı ilə görüşüb

media-hightechnic-468x90

Visit to NATO of Foreign Minister of AzerbaijanAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Malayziyanın xarici işlər naziri Anifah Amanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov Malayziya xarici işlər nazirinin ölkəmizə səfərinin Azərbaycan-Malayziya əlaqələrinin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.

Nazirlər tərəfindən iki ölkə arasında siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi məsləhətləşmələr mexanizminin intensivləşdirilməsi və müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyi vurğulanıb.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək, Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Malayziya tərəfinə minnətdarlığını ifadə edib.

Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğal edildiyi, bir milyondan artıq Azərbaycan vətəndaşının öz doğma torpaqlarından qovulduğunu və işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı qanlı etnik təmizləmənin törədildiyini deyən nazir 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnamənin Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırıb. O, BMT TŞ-nin qətnamələrində Ermənistanın silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam şəkildə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının tələb olunduğunu xatırladıb.

Görüşdə Azərbaycan ilə Malayziya arasında energetika, investisiyalar, turizm, mədəniyyət, informasiya və kommunikasiya texnologiyaları, elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barəsində fikir mübadiləsi aparılıb və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600