Mərkəzi Univermaqın yanındaki keçid və şəhər küçələrindən bir kadr…
Mövcud şəhər rəhbərliyi Gəncədə geniş “aldatdıq-qırıcılıq” işləri haqda hər yerdə car çəksə də, bu illər ərzində şəhərin heç bir küçəsində elementar yağış kanalizasiyası quraşdırılmayıb.
O səbəbdən də normadan bir az artıq yağış yağan kimi şəhər bütöv bir su qovşağına çevrilir…
Belə davam etsə Gəncədə ən populyar ayaqqabı qaloş və rezin botular olacaq.
***
Bu şəkildə gördüyünüz hansısa bir ucqar kəndin küçələri deyil, bura Avropa Gənclər Paytaxtı Gəncə şəhərinin Xəqani kucəsidir…
Axan sular da dağ bulaqları deyil, illərdir küçələrlə axan, yağıntı olanda evlərə dolan kanalizasiya sularıdır.
Bu küçədə çirkabın, üfunətin, yoluxucu xəstəliklərin əlindən artıq yaşamaq mümkün deyil.
İmkanı olan-olmayan, evini dəyər-dəyməzə sata bilən-bilməyən hər kəs buradan köçüb canını qurtarmaq arzusundadır. Və artıq bu küçədə yaşayış olan evlərin sayı barmaqla ölçülür.
Çünki neçə illərdir bütün müvafiq qurumlara çoxsaylı müraciətlər edilsə, şikayətlər yazılsa da heç bir dəyişiklik olmayıb.
Gəncə rəhbərliyinin “şanlı” fəaliyyəti nəticəsində insanlar artıq öz şəhərlərində öz evlərindən, öz doğma ocaqlarından didərgin düşürlər…
***
Avropa Gənclər Paytaxtı olan Gəncənin mərkəzi hissəsindən bir görüntü.
Mərkəzi bazarın asağı hissəsi, Nizami küçəsinin yanı.
Oxşar mənzərəni Gəncəni müxtəlif yerlərində müşahidə etmək olar…
***
Gəncə şəhər İcra Hakimiyyətinin rəsmi saytında Gəncə şəhərinin ərazisində ümumi uzunluğu 680 km təşkil edən şəhər və məhəllə daxili yollardan ibarət yol şəbəkəsinin olduğu qeyd edilib.
Bu rəqəm yanlış deyilsə, tam əminliklə söyləyə bilərik ki, bu 680 km yolların ən azından 600 km-i bax bu küçənin halındadır.
Gəncədə yalnız mərkəzi və magistral yolların bir hissəsinin asfalt örtüyünü qənayətbəxş hesab etmək olar, qalan bütün yollar olduqca bərbad vəziyyətdədirlər.
Bu yolların əksəriyyətinin asfalt örtüyü sovet dönəmində təzələndiyi azmış kimi, bir çox küçələrdə 4-5 ildir ki, su və kanalizasiya çəkilməsi adı ilə asfaltı dağıdılıb, yollar qazılaraq daha da pis hala salınıb.
***
Günlərdir bölgədə yağan leysan yağışlar nəticəsində, Gəncə çayında suyun səviyyəsi qalxıb və gecə saatlarında çayın sol sahilində yerləşən 10-a yaxın evi su basıb. Sputnik-in bölgə müxbiri xəbər verir ki, güclü sel suları çayın sol tərəfində qurulan torpaq bəndi yuyaraq yaşayış evlərinin həyətlərinə dolub.
Yağış və qrunt sularının küçələrə dolmaması üçün çəkilmiş xəttlərin ləğvi sakinlərin evlərini su altında qoyub
Evlərin bəziləri qəzalı vəziyyətə düşüb. Vəziyyətin gərginləşdiyini görən sakinlər evlərini tərk ediblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası cəlb olunub. Hazırda suyun istiqaməti dəyişdirilib və yaşayış evlərinin həyətlərinə dolan su xüsusi qurğularla təmizlənir.
***
Gəncə şəhəri Əziz Əliyev küçəsinin sakinləri kanalizaya xəttinin dağılması və nəticədə kanalizasya sularının əraziyə axmasından şikayətçidirlər.
***
“Üstü bəzək, altı təzək” – abadlıq-quruculuq işləri silsiləsindən.
Gəncə Bulvarının “gizli” tərəfləri.
Yazıda “Difai” Gəncə Müstəqil İnformasiya Mərkəzinin materiallarından istifadə olunub.
www.yenicag.az