Valideynlər hamiləliyin ilk anından etibarən uşağın cinsiyyətini öyrənə biləcək.
Yenicag.az sm-news.ru-ya istinadən xəbər verir ki, hələ dünyaya gəlməmiş uşağın cinsiyyətini özəyi qoyulmazdan əvvəl müəyyən etmək olacaq.
Bu kəşf “elmdə nüvə partlayışı” adlanır. Məlum olduğu kimi, embrionun cinsi yumurtanı mayalayan spermatozoiddəki X və Y xromosomu ilə təyin edilir.
Yəni uşağın cinsiyyətini hansı spermatozoidin ilk olaraq yumurta hüceyrəsinə çatacağını ata müəyyən edəcək.
Təəssüf ki, bu gün cəmiyyətdə selektiv abort anlayışı mövcuddur. Bəzi ölkələrdə isə ultrasəs müayinəsi zamanı doğulmamış uşağın cinsiyyətini demək qadağandır.
Statistikaya görə, 2019-cu ildə dünyadakı 7,5 milyard insandan 49,6 faizi qadın, 50,4 faizi isə kişidir. Lakin müxtəlif ölkələrdə qadınlarla kişilərin say nisbəti fərqlidir. Məsələn, Hindistan, Çin, BƏƏ, Oman, Küveyt və Qətərdə kişilər, Rusiyada isə əksinə, qadınlar çoxluq təşkil edir.
Yeni kəşf selektiv abortların geniş yayıldığı ölkələrdə uşaqların cinsiyyətini müəyyən etmək üçün daha humanist seçim olacaq.
Hazırda uşağın cinsiyyətini seçməyin yalnız iki etibarlı yolu var:; genetik diaqnoz üçün tibbi prosedurların aparılması, qeyri-qanuni metod olan selektiv abortlar. Əvvəlcə yeni kəşfin kənd təsərrüfatında tətbiq edilməsi planlaşdırılıb. Lakin mütəxəssislər etiraf edir ki, yenilik insanlar üzərində də istifadə oluna bilər.
Bu kimi kəşflər tibbə nə üçün lazımdır? – Sinqapur, Çin, Hindistan, Tayland, Vyetnam və sair kimi ölkələrdə selektiv abortların sayını azaltmaq, genital mutasiyanın olduğu cütlüklərin sağlam övlad sahibi olması üçün.
Firuzə Alimova
www.yenicag.az