İt və insan emosiyalarının genetik ortaqlığı SÜBUT OLUNDU - ARAŞDIRMA

media-hightechnic-468x90

İtlərdə insanlardakına bənzər ruh hali dəyişiklikləri ilə bağlı gen aşkarlandı

Yenicag.az xəbər verir ki, Kemric universitetinin son araşdırması itlərin emosional dünyasına dair fikirləri dəyişdirdi itlər də insanlar kimi emosional eniş-yoxuşlar yaşayır və onların verdiyi reaksiyalar düşündüyümüzdən daha çox insanlarla ortaq genetik kökənə malikdir.

Araşdırma göstərdi ki, xüsusilə yüksək səslərdən qorxan itlərdə ASCC3 adlı gen mövcuddur.

Kembric komandası 1300 qolden retriverin genetik kodunu ətraflı şəkildə təhlil edərək onların şəxsi xüsusiyyətləri ilə müqayisə edib. Elektrik süpürgəsi, avtobus səsi və ya güclü gurultu kimi stimullara həddindən artıq reaksiya verən itlərdə aşkarlanan genlərin insanlarda da oxşar psixoloji xüsusiyyətlərin əsasını təşkil etdiyi görünür.

Qolden retriverlərdə gərginliyə səbəb olan HUNK adlı genin, insanlarda yüksək narahatlıq səviyyəsinə malik fərdlərdə də olduğu müəyyən edilib. Eyni şəkildə, ROMO1 adlı genin həm insanlarda zəka ilə, həm də itlərdə öyrədilə bilmə və sürətli öyrənmə ilə əlaqəli olduğu qeyd olunub.

Araşdırmanın diqqət çəkən başqa bir məqamı isə qolden retriverlərdə digər itlərə qarşı aqressiya ilə əlaqəli olan PTPN1 adlı genin insanlarda zəka və depressiya ilə bağlı olmasıdır. Mütəxəssislərə görə, itlərdəki aqressiv davranışlar yalnız təlimlə deyil, genetik meyllə də formalaşır.

Araşdırmanın baş müəllifi Enoch Alex bildirib ki, bəzi genlər itləri dünyanı daha stresli qəbul etməyə meyilli edir:

“İtlər genetik olaraq həssas ola bilər. Həyat təcrübələri bunu daha da gücləndirdikdə, əslində çətinlik yaşadıqları halda pis davranış göstərirlərmiş kimi görünə bilərlər.”

Araşdırmaçılar avtobus, elektrik süpürgəsi və ya qapı zəngi kimi gündəlik səslərdən qorxan itlərdə, insanlarda əsəbilik və həssaslığa səbəb olan eyni genin olduğunu bildiriblər.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa